Əsas məzmuna keç
Məhsul Mövsümü QƏBƏLƏ · MƏHSUL MÖVSÜMÜ

QƏBƏLƏ · HARVEST SEASON

Caspian Fish & Seafood

Şabalıdlı farel qovurması

  • Restoranlar
  • 8 mövsümi seçim
  • Bağdan süfrəyə

Qəbələnd, İsmayıl bəy Qutqaşınlı küçəsi, Qəbələ

Google Maps-də aç
Caspian Fish & Seafood restoranının mavi-ağ rəngli giriş yolu

Mövsümün dadları

Mövsümi menyu

8seçim

Məhsul Mövsümü

Bu süfrənin hekayəsi

Caspian Fish & Seafood-da hər yeməklə yeni bir dad kəşf edin. Balıq və dəniz məhsulları, özünəməxsus menyu və fərqli atmosfer süfrə arxasında xoş vaxt keçirməyə dəvət edir.

Qəbələnd Əyləncə Mərkəzində macəralı bir gündən və ya Qəbələni gəzdikdən sonra burada şam yeməyinə dayanın. Günün təəssüratlarını bölüşmək və səfərinizi yeni dadlarla tamamlamaq üçün rahat bir seçimdir.

Elmar Əliyev Qəbələ dağları fonunda mövsümi yeməyi təqdim edir

Mətbəxin arxasında

Elmar Əliyev

Corporate Executive Chef

Elmar Əliyev 15 ildən artıq peşəkar təcrübəyə malik, Azərbaycan və beynəlxalq mətbəx üzrə ixtisaslaşmış Corporate Executive Chef-dir. O, beynəlxalq qastronomiya festivallarında Azərbaycanı təmsil edib və müxtəlif kulinariya yarışlarında mükafatlara layiq görülüb.

2022-ci ildə Fransanın Şantiyi şəhərindəki Auberge du Jeu de Paume-da çalışaraq yüksək səviyyəli qastronomiya üzrə dəyərli peşəkar təcrübə qazanıb.

Son 5 ildə Qəbələdə fəaliyyət göstərərək yerli məhsulların və milli mətbəx ənənələrinin müasir təqdimatına xüsusi önəm verir. Onun kulinariya fəlsəfəsinin əsasını yerli məhsul, milli dad və müasir yanaşma təşkil edir.

Ziyarətinizi planlayın

Google Maps-də aç
← Bütün restoranlara qayıt PDF (AZ) ↓